PDF Oxu

Siyasət

  • 39

Hafiz Hacıyev: “Cəmil Həsənli ermənilərlə dostluq edir”

Hafiz Hacıyev: “Cəmil Həsənli ermənilərlə dostluq edir”

"Cəmil Həsənli ABŞ-a ermənilərlə görüşə gedib. Onun məqsədi erməni diasporasından maddi dəstək alıb, ölkəmizdə onların istəklərini həyata keçirməkdir. Buna imkan verə bilmərik". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.O, həmçinin bildirib ki, C.Həsənli hər zaman xarici ölkələrə gedəndə ermənilərlə, erməni diasporası ilə görüşüb: "Bu adam ermənilərlə o qədər yaxından dostluq edir ki, hər dəfə xarici ölkələrdə olanda mütləq ermənilərlə görüşür, onlarla məsləhətləşir və onların fikirlərini, ideyalarını həyarta keçirmək istəyir. Bizlər bu cür yaramaz hərəkətlərə yol verə bilmərik".Partiyas sədri həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları da bu məsələ ilə bağlı tədbirlər görməlidirlər.

sia.az

Digər xəbərlər