"Məlum olduğu kimi, Milli Şurada yenidən qarşıdurmalar yaranıb. Onlar müxtəlif yollarla çəkişməyə başlayıblar. Hansısa bir məsələnin müzakirəsi olan kimi bir-birləri ilə savaşırlar". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.O, həmçinin bildirib ki, Müsavat partiyasının verdiyi hansısa təkliflə nə AXCP, nə də El hərəkatı razılaşan deyil: "Onlar irəli sürdükləri təkliflərlə razılaşmazlar. Həmçinin Müsavat partiyası da orada təmsil olunan digər partiyaların qərarlarını dəstəkləmir. Bu isə son nəticədə Milli Şurada geniş vüsətli qalmaqalların yaranmasına və dərinləşməsinə gətirib çıxarır".Partiya sədri həmçinin qeyd edib ki, yaxın zamanlarda Milli Şurada daha böyük qalmaqalların şahidi olacayıq.
sia.az