PDF Oxu

Siyasət

  • 25

Çingiz Qənizadə: “Bu qanuna tamamilə ziddir”

Çingiz Qənizadə: “Bu qanuna tamamilə ziddir”

"Harada qeyri-şəffaflıq varsa, oradan obyektivlik gözləməyə dəyməz. Biz MilliMəclisdə QHT-lərlə bağlı müvafiq qanunlar qəbul etdik, o qanuna əlavə və dəyişikliklərin də müəllifi mənəm. Biz həmin qanunlarda QHT-lərə, fondlara hər cür maliyyə yardımlarının rəsmi qaydada bank hesablarına köçürülməsi məsələsini ortaya qoyduq".Siyasiləşmiş QHT-lərin qeyri-şəffaf və qapalı formada xarici təşkilatlardan, dövlətlərdən maliyyə yardımları almasına münasibət bildirən millət vəkili Çingiz Qənizadə bu fikirləri SİA-ya açıqlamasında deyib.Ancaq hələ də qeyri-şəffaf yolla maliyyələşən qurumların olduğunu deyən millət vəkili Ç.Qənizadə əlavə edib ki, bu cür hallara yol verən, qeyri-rəsmi formada hansısa təşkilatlardan pul alan QHT-lər barəsində ciddi cəzalar müəyyənləşdirmişik və sanksiyalar tətbiq olunmasını nəzərdə tutan inzibati xətalar məcəlləsinə dəyişiliklər etmişik: "Bu qanun işləyir, Cənab Prezident tərəfindən də imzalanıb. Biz qanuna təkcə QHT-ləri yox, dini qurumları da əlavə etmişik, çünki dini qurumlar da bəzən belə yardımlar alırlar. Qeyri-şəffaf yolla maliyyələşən, rəsmi maliyyələşmə mənbəyi göstərilməyən QHT-lər aşkarlanacaqsa, o zaman Azərbaycan hüquq-müfafizə orqanları çox haqlı olaraq, onlara qarşı qanunda nəzərdə tutulancəza tədbirlərini həyata keçirəcəklər. Heç bir halda QHT lər qeyri-rəsmi formada heç bir təşkilatdan, dövlətdən pul ala bilməzlər. Bu, tamamilə qanuna ziddir".

sia.az

Digər xəbərlər