"Ölkəmizdə davamlı olaraq sosial islahatlar həyata keçirilir. Bu işlərin ən geniş miqyaslılarından biri də pensiya sığorta islahatlarıdır ki, bu da 1 milyon 300 minə qədər insanın güzəranının daha da yaxşılaşmasına xidmət edir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkəmizdə bu istiqamətdə aparılan uzaqgörən və təmkinli siyasət uğurlu nəticələr verir. Onun sözlərinə görə, sosial müdafiənin İlham Əliyev modeli artıq onlarla dünya dövləti üçün örnək olmuşdur.
"Azərbaycanın bu modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir. Sevindirici haldır ki, bu qurumda elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılmış, məmur-vətəndaş təması maksimum azaldılmışdır"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az