"Cənab Prezidentin Türkiyəyə olan səfəri çox yüksək səviyyədə baş tutub. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin gələcəyi üçün bu səfərin çox böyük önəmi olacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva bildirib.Millət vəkili qeyd edib ki, indiyə qədər Azərbaycan və Türkiyə həmişə həmrəy olduqlarını, bir-birilərinin maraqlarını bütün maraqlardan üstün tutduqlarını nümayiş etdiriblər: "Bu birliyə kimsə xələl yetirə bilməz. Hər iki dövlətin əlaqələri bu səfərdən sonra daha da güclənəcək. Həmçinin, starateji partyonlar kimi Azərbaycan və Türkiyənin bir yumruq halında olmasına kimsənin şübhəsi yoxdur".Azərbaycanın enerji layihələrində ilk öncə Türkiyənin maraqlarının qorunduğunu deyən millət vəkili A.Mustafayeva onu da əlavə edib ki, Azərbaycan və Türkiyənin birgə maraqları təkcə regionla, Qafqazla məhdudlaşmır, böyük türk dünyasının yaranması, daha böyük birlik hər iki dövlətin əsas birgə maraqları sırasındadır".
sia.az