"İstər Azərbaycan prezidenti, istərsə də Türkiyənin dövlət başçısının Azərbaycana gəlişi bu münasibətlərin inkişafına təkan verir. Bu baxımdan, Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri, orada yüksək səviyyədə qarşılanması, dövlət mükafatının verilməsi, aparılan danışıqlar, imzalanan sənədlər, heç şübhəsiz ki, 2 dost ölkə arasında bundan sonrakı münasibətlərin yüksək səviyyədə inkişafına əsaslar yaratdı. Düşünürəm ki, bu da gözlənilən idi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fəzail Ağamalı Türkiyə və Azərbaycanın sıx dostluq və qardaşlıq münasibətlərindən danışarkən deyib. Millət vəkili bildirib ki, dünən baş tutan görüşdə bir məqam əsas idi: "Bundan sonra Azərbaycan-Türkiyə arasında olan münasibətlər tamam fərqli bir müstəvidə inkişaf edəcək. Bu müstəvini açmaq istəmirəm. Ancaq, əminəm ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Gələcəkdə Azərbaycan öz işğal olunmuş torpaqlarını hərbi yolla azad etsə, Türkiyə Azərbaycanı tək qoymayacaq". "Əhməd Davudoğlu İsveçrədə olanda belə müzakirə olub ki, Rəsmi İrəvan işğal olunan 5 rayonu azad etsə, Türkiyə Ermənistanla olan sərhədləri açacaq. Onu qeyd edim ki, əvvəldən bu fikir var idi. Həqiqətən Ermənistan işğal olunmuş torpaqların bir hissəsini, Dağlıq Qarabağ ətrafında olan torpaqları işğaldan azad edərsə, bu Azərbaycan və Ermənistan arasında da müəyyən münasibətlərin yumşalmasına, hətta dəmir yolunun açılışına da gətirib çıxara bilər. Düşünürəm ki, bu fikir bu gün də qüvvədə qalır. Bu nəticəyə də normal yanaşmaq lazımdır".Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv olunması məsələsinə də münasibət bildirən millət vəkili bunun bilinməyən tərəflərinin olduğunu söylədi. "Viza rejiminin ləğvi ilə bağlı heç nə deyə bilmərəm. Bəlkə, viza rejimində bilmədiyimiz məqamlar var".
sia.az