PDF Oxu

Siyasət

  • 17

Rəcəb Tayyib Ərdoğan: “Dağlıq Qarabağ problemi Azərbaycanın olduğu qədər bizim də problemimizdir”

Rəcəb Tayyib Ərdoğan: “Dağlıq Qarabağ problemi Azərbaycanın olduğu qədər bizim də problemimizdir”

"Dağlıq Qarabağ problemi Azərbaycanın olduğu qədər bizim də problemimizdir". SİA-nın məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.Türkiyə baş naziri bildirib ki, problemin sülh yolu ilə həlli məsələsində Türkiyə Azərbaycana şərtsiz dəstəyini hər zaman verəcək: "Azərbaycanla əlaqələrimiz iqtisadi, siyasi və mədəni və digər sahələrdə yüksək səviyyədədir. İki ölkə arasında ticarət dövriyyəsi durmadan artır. 2020-ci ildə 15 milyard dollarlıq bir ticarət həcminə nail olacağıq. Əlaqədar nazirliklər bu istiqamətdə çalışırlar".Türkiyə baş naziri vurğulayıb ki, Türkiyə və Azərbaycan müdafiə sənayesində də müştərək addımlar ata bilər və bir millət olmağın məsuliyyətinə uyğun siyasi sahədə qərarlarımızı ortaya qoyuruq.

sia.az

Digər xəbərlər