"Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsində final mərhələsinə düşən gəncəli gənclər növbəti səfərlərini Rumıniya və Yunanıstana etmişlər.
AzərTAc xəbər verir ki, əməkdaşlıq görüşü çərçivəsində noyabr ayının 10-13-də Rumıniyanın Kluj-Napoka şəhərində olan gənclər, noyabrın 13-də Yunanıstanın Saloniki şəhərinə yola düşmüşlər.
Qeyd edək ki, "Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsinin final mərhələsinə daxil olan Gəncə ilə yanaşı qələbə uğrunda müxtəlif ölkələrdən 6 şəhər də mübarizə aparır. Müsabiqənin nəticələri cari il noyabr ayının 23-də elan ediləcəkdir.
AzərTAc