PDF Oxu

Siyasət

  • 25

Rasim Musabəyov: “İrs” Partiyasının təşəbbüsünün reallığa çevrilməsi əvvəlcədən inandırıcı görünmürdü

Rasim Musabəyov: “İrs” Partiyasının təşəbbüsünün reallığa çevrilməsi əvvəlcədən inandırıcı görünmürdü

"Ermənistanın hakim partiyası, Xarici İşlər Nazirliyi dəfələrlə parlamentdə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının müzakirəyə çıxarılmasının yersiz olduğunu bəyan edib". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, "İrs" Partiyasının təşəbbüsünün reallığa çevrilməsi əvvəlcədən inandırıcı görünmürdü.

"Bu məsələləri Ermənistan müxalifətinin bir qrup nümayəndəsi ortaya atıb. Amma hakim partiya isə iddia edir ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini poza bilər. Bu, dəfələrlə erməni müxalifətçiləri tərəfindən irəliyə atılan cəhdlərdir. Lakin bütün bunlara baxmayaraq, Serj Sarkisyan rejimi bu böyük məsuliyyətin altına girmək istəmir. Bu dəfə də belə oldu" – deyə, R.Musabəyov qeyd edib.

yap.org.az

Digər xəbərlər