PDF Oxu

Siyasət

  • 30

İsraildə Azərbaycan haqqında danışılacaq

İsraildə Azərbaycan haqqında danışılacaq

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsraildə səfərdədir.Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi İsraildə keçirilən Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.Tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcək.Noyabrın 17-dək davam edəcək səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

sia.az

Digər xəbərlər