Noyabr ayının 13-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 illiyi münasibətilə YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurası "dəyirmi masa" təşkil edib.Təşkilatdan SİA-ya verilən məlumata görə, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə partiyanın şərəfli mübarizə tarixindən, ümummilli lider Heydər Əliyevin doğma xalqına misilsiz xidmətlərindən, partiya sıralarında qadınların səmərəli fəaliyyətinə xüsusi önəm verilməsindən söz açıb.İdarə heyətinin üzvlərindən Gülsüm Quliyeva, Gülçin Mirzəyeva, Təranə Hüseynova, İntizar Qafarova, Zemfira Ağayeva və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının nüfuzunun yüksəlməsindən, qadınların hər zaman cəmiyyətdə aparıcı qüvvə olduqlarından və qarşıda duran vəzifələrdən danışıblar.Müzakirələrdən sonra Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi ilə əlaqədar qızlardan ibarət şahmat yarışının və ədəbi-bədii gecənin təşkil olunması haqqında qərar verilib.
yap.org.az