PDF Oxu

Siyasət

  • 29

Milli Məclisin deputatı İsraildə keçirilən Azərbaycan günləri ilə bağlı tədbirlərdə iştirak edir

Milli Məclisin deputatı İsraildə keçirilən Azərbaycan günləri ilə bağlı tədbirlərdə iştirak edir

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsraildə səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi İsraildə keçirilən Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir. Tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Noyabrın 17-dək davam edəcək səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaqdır.

AzərTAc

Digər xəbərlər