Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan mədəniyyət mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilmişdir.
Aparıcı Alen Tremolier dünyaşöhrətli şair Nizami Gəncəvinin ( 1141-1209) Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə dünyaya göz açdığını, ədəbiyyatla yanaşı elmin müxtəlif sahələrində mükəmməl təhsil aldığını, yüksək insani dəyərlərin təsvir edildiyi beş poeması ilə dünya ədəbiyyatı tarixinə xüsusi töhfə verdiyini və şairin 870 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bir gün öncə şairin həyat və yaradıcılığı ilə bağlı Parisin Məktublar və Əlyazmalar Muzeyində sərgi təşkil edildiyini xatırlatmış, şairin ədəbiyyat, elm və xüsusilə humansit sahədə zəngin irs qoyduğunu vurğulamış, beş poemasının toplandığı " Xəmsə " əsərinin yaranmasından səkkiz əsr keçməsinə baxmayaraq bu gün də öz aktuallığını itirmədinini bildirmişdir.
Əxlaqi ideyalarla zəngin əsərlər yaradan şairin xatirəsinin dünya mədəniyyətinin beşiyi hesab edilən Fransda heç də təsadüfü anılmadığını qeyd edən səfir Nizami Gəncəvinin poemalarının əsas məzmununu təşkil edən azadlıq, bərabərlik və qardaşlıq kimi fikirlərin Fransanın əsas devizi olduğunu bəyan etmişdir.
E. Əmirbəyov N. Gəncəvinin 870 illiyi ilə əlaqədar Fransada üç tədbirin keçirilməsinin planlaşdırıldığını, artıq sərgi və konsertin təşkil edildiyini və bir neçə gündən sonra Strasburqda möhtəşəm mərasimin nəzərdə tutulduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfri Mehriban Əliyevanın prezident olduğu Heydər Əliyev Fondu tərəfindən şairin həyat və yaradıcılığına dair əsərlərinin yenidən nəşr olunduğunu diqqətə çatdırmışdır.
Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye çıxışında zəngin tarixə və mədəniyyətə malik Gəncə şəhərinə dəfələrlə səfər etdiyini, Nizami Gəncəvi movzeleyinə baş çəkdiyini, ötən il dahi şairin 870 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etdiyini xatırlatmış, azərbaycanlıların, o cümldən gəncəlilərin Nizami Gəncəvi irsinə dərin hörmət bəsləmələrinin şahidi oluğunu qeyd etmişdir.
Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini senator Jeanny Lorgoeux Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik etmiş və şairin Şərq ədəbiyyatında oynadığı mühüm roldan söhbət açmışdır.
Şairin Xll əsrdə Şərq intibahının əsas simalarından biri olduğunu diqqətə çatdıran senator N. Gəncəvinin yaratdığı əsərlərin yalnız doğma vətəni Azərbaycan üçün deyil, eyni zamnda bütün bəşəriyyət üçün qiymətli mədəni irs olduğunu vurğulamışdır.
Sonda senator Heydər Əliyev Fondunun şairin həyat və yaradıcılığına dair fransız dilində hazırladığı materialları yüksək qiymətləndirmiş, fondun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə " Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Yon regionunda təşkil edilən sərgi və konsertin region sakinlərinin yaddaşında əbədi iz qoyduğunu vurğulamışdır.
Sonda incəsənət ustaları maraqlı konsert proqramı iıə çıxış etmişlər.
yap.org.az