"Bu gün müxalifət mətbuatında bir xəbərdə qeyd edilir ki, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli hazırda məhkəməsi gedən siyasi məhbusların məsələsinin ictimailəşdirilməsi üçün flaşmobların və digər aksiyaların keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu xəbər Azərbaycanda real, dövlətinə, millətinə xəyanət etməyən bir müxalifətin olmasını istəyən biz gəncləri də sevindirdi". Bu sözləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan deyib.Onun sözlərinə görə, bu artıq müxalifətin düşüncəsini dəyişməyə doğru atdığı ilk addımlardan biridir: "Onlar nəhayət dərk etdilər ki, günü-gündən tərəfdarlarının saynın daha da azaldığı aksiyalarla özlərini məhv edirlər. Keçirdikləri icazəli və icazəsiz aksiyalar müxalifətin tərəfində olan insanların say tərkibini dəqiqləşdirmək üçün güzgüyə çevrildi. 20 ildir ki, müxalifətdə olan bu insanların düşüncəsi və mübarizə metodları da elə o zamanın tələbinə uyğun olaraq qalmaqdadır, buna görə də xalq tərəfindən heç zaman dəyərləndirilməmişdir. Müxalifətin indi təklifi ondan ibarətdir ki, mübarizəsinin yeni forması olan və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən mütəmadi şəkildə həyata keçirilən, eyni zamanda effektivliyinə görə hələ ki, ən yaxşı üsul hesab edilən flaşmoblar təşkil etsinlər. İdeya gözəldir, lakin bunu təşkil etmək üçün müxalifət kreativliyə və intellektə sahib deyil. Məncə təşkil edəcəkləri flaşmoblar belə, yenidən müxalifətin iflasını göstərəcək".
sia.az