"Elm haqqında" qanun layihəsi yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.
Ş.Hacıyev qeyd edib ki, hazırda elma sahəsində ciddi islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası olmadan islahatlar, görülən işlər o qədər də səmərəli olmayacaq.
"Ona görə də, "Elm haqqında" qanun layihəsinin qəbul edilməsi vacibdir. Qanunda elm sahəsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Hesab edirəm ki, sənəd qəbul ediləndən sonra bu sahədə mövcud problemlər də aradan qalxacaq"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az