"Fransa ATƏT-in Minsk qrupu ölkəsi kimi ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki tərəf kompromisə gedəcək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da planlaşdırılan görüşünə münasibət bildirərkən deyib.Fransanın Azərbaycandakı səfirinin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli üçün danışıqlar aparır: "Bir səfir kimi deyə bilərəm ki, bu münaqişənin həlli yolunda aparılan danışıqlarda konfidensiallıq saxlanılır. Hər iki ölkənin prezidenti yenidən dövlət rəhbəri postuna seçilib. Onların qarşıdakı 5 ildə münaqişənin həlli ilə bağlı razılığa gəlmələri üçün kifayət qədər vaxtları olacaq. Ümid edirik ki, bu müddət ərzində hər iki prezident kompromisə gedərək münaqişənin həlli yolunu tapacaqlar".Səfir deyib ki, prezidentlərin qarşıdakı 5 ildə münaqişənin həlli ilə bağlı razılığa gəlmələri üçün kifayət qədər vaxtları var: "Azərbaycan və Ermənistan prezidentləri uzun müddətdir, görüşmürdülər. Bu görüş nəhayət ki, yaxın vaxtlarda təşkil ediləcək".
sia.az