Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Portuqaliyanın sabiq Prezidenti Jorge Sampaionun Qlobal Platforması arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum əsasında hər iki təşkilat tərəfindən dünyada təhsilin inkişaf etdirilməsi istəqamətində birgə layihələrin reallaşdırılması nəzərdə tutulub. O cümlədən sabiq Prezident Jorge Sampaio Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvətini qəbul edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə qoşulur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Jorge Sampaio kimi nüfuzlu, böyük beynəlxalq təcrübəsi olan liderin Mərkəzin ideyalarına dəstək olmasını çox əhəmiyyətli sayaraq gələcək layihələrin dahada uğurla reallaşdırılmasında önəmli faktor olacağına əmindir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sıralarında dünyanın 25dən çox nüfuzlu sabiq ölkə rəhbərlərinin və tanınmış ictimai xadimlərinin, dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinində daim təbliğ etdiyi Dialoq, Tolerantlıq və Anlaşmanın müzakirə edildiyi və təbliğ olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib.
sia.az