"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə rəsmi səfəri, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə dostluq əlaqələrinin davamı kimi xarakterizə edilir". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə bildirib."Sevindirici haldır ki, dövlət başçısı digər siyasətlərdə ona sadiq olduğu kimi Türkiyə-Azərbaycan münasibətlərində də öz sadiqliyini nümayiş etdirir: "Qardaş ölkəyə səfərlər, burada keçirilən görüşlər və verilən bəyanatlar bizim türk dövləti ilə Azərbaycan dövləti arasında hər hansı problemin olmadığını, dövlətlərimizin "iki dövlət, bir millət" olduğunun təzahürü idi. Hesab edirəm ki, bu, düşmənlərimizə bir mesaj idi ki, Azərbaycan heç də tək deyil. Dövlətimizin arxasında 70 milyondan artıq əhalisi olan Türkiyə kimi qardaş ölkə dayanır".
sia.az