"Ümummiyyətlə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və tərəfdaşlığı cənab Prezident İlham Əliyevin də dediyi kimi, dünyada çox az rast gəlinən və digər dövlətlərdə olmayan səviyyədə inkişaf edir". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov bildirib."Dövlət başçısının yenidən Azərbaycan Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi isə iki dövlət arasında olan tərəfdaşlığın bundan sonra da hansı səviyyədə davam etdiriləcəyinin göstəricisi idi. Azərbaycan-Türkiyə dostluğu, əlaqələri Ulu Öndər Heydər Əliyevin də hər zaman dediyi kimi, "bir millət, iki dövlət" prinsipinə bağlanır. Bu tərəfdaşlıq bütün beynəlxalq təşkilatlarda, layihələrdə özünü mübariz şəkildə göstərir. Əminəm ki, bu səfərdən sonra iki qardaş ölkə arasındakı əlaqələr daha da güclənəcək. Xüsusilə xarici siyasətdə hər iki dövlətin maraqları və fikirləri bundan sonra da üst-üstə düşəcək. Türkiyə tərəfi hər zaman Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük dəstək nümayiş etdirib. Bununla belə qardaş ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər, Ermənistan tərəfi ilə sərhədlərin açılmayacağını dəfələrlə bəyan edib"- deyə, Şahin İsmayılov sözlərinə əlavə edib.
sia.az