"Son günlər dövlətimiz və iki qardaş ölkə olan Azərbaycan-Türkiyə arasında daha da yeni canlanma müşahidə olunub". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova söyləyib."Sevindirici haldır ki, cənab Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərində hər zaman olduğu kimi bir sıra vacib görüşlər keçirildi, lazımi müqavilələr imzalandı və Ermənistan tərəfinə yeni mesajlar verildi. Bu səfər bir daha Türkiyə-Azərbaycan əlaqələrində yeni prioritetlərin hansı səviyyədə inkişaf etdirilməsini müəyyənləşdirdi. Burada müxtəlif sahələrdəki əməkdaşlığa dair ikitərəfli sazişlər imzalanaraq, yeni mərhələyə gəldi. Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, ümumiyyətlə isə qarşılıqlı dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dünya arenasına, ictimaiyyətinə yeni mesajların verilməsi istiqamətində bu səfər yeni bir mərhələ idi. Biz hər zaman bilirik ki, iki dövlət başçısı görüşərkən bu görüşlər yüksək səviyyədə təşkil edilir. Bu mənada mən də bir gənc olaraq sevinirəm ki, Azərbaycan-Türkiyə əlaqələrinə heç kim mane ola bilməz" – deyə, AGAT sədri sözlərinə əlavə edib.
sia.az