PDF Oxu

Siyasət

  • 23

Seymur Orucov: Müxalifət liderləri gəncləri ixtişalar törətməyə yönəldirlər

Seymur Orucov: Müxalifət liderləri gəncləri ixtişalar törətməyə yönəldirlər

"Müxalifətçi gənclər son zamanlar YAP gənclərinin həyata keçirdikləri möhtəşəm layihələri təkrarlamaq arzusuna düşüblər. Əslində bu sevindirici haldır". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası gəncləri hər zaman yeni ideyalar irəli sürərək ilklərə imza atıb: "Bizim ətrafımızda ağılı, zəkası ilə xarici ölkələrin gənclərinə örnək ola biləcək, kreativ gənclər toplaşıb. İlk dəfə yay məktəbi kimi möhtəşəm layihəni də ilk bizim gənclər başladıb və bu gün də artıq bu layihə ənənəyə çevrilib. Bundan başqa gənclərimiz prezident seçkilərinin təbliğat-təşviqat kampaniyaları çərçivəsində bir sıra yeniliklər etməklə yanaşı, tarixi günlərin yüksək səviyyədə cəmiyyətə çatdırılması istiqamətində flaşmoblar həyata keçiriblər. Bizim gördüyümüz işlərin keyfiyyətindən irəli gəlir ki, bu gün ağa qara deyən müxalif gənclər də bizim işlərdən bəhrələnmək arzusuna düşüblər. Ancaq burada iki məsələ var. Birincisi, artıq onlar düşünürlər ki, köhnə üsullarla ətraflarında gəncləri saxlaya biməyəcəklər və yeniliyə üz tutmalıdırlar. Onların özlərinə lider saydıqları insanlar gəncləri elmdən, təhsildən uzaqlaşdıraraq ixtişalar törətməyə yönəldirlər. Bu da getdikcə ətraflarında gənclərin azalmasına gətirib çıxarır. İkincisi, əgər onların hazırlamaq istədikləri flaşmobların məzmunu dövlətçilik prinsiplərinə uyğun olacaqsa, buyursunlar hazırlasınlar. Ancaq müxalifətin ətrafında o qədər gənc toplaşmayıb ki, hər hansı bir flaşmobu hazırlaya bilsin".YAP GB-nin sədri onu da qeyd edib ki, müxalifət düşərgəsində olan gənclər də Azərbaycan Respublikasının vətəndaşlarıdır: "Arzu edirik ki, tutduqları yoldan uzaqlaşaraq düzgün yol seçsinlər. Qanunlar çərçivəsində hərəkətlərini tənzimləyə bilsinlər".

sia.az

Digər xəbərlər