"Ermənistan başqa dövlət tərəfindən idarə olunur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın müstəqil siyasəti yoxdur. Ona görə də, Azərbaycan və Ermənistan prezidentlərinin baş tutacaq görüşündə Sarkisyandan hər hansı konstruktiv mövqe gözləmirəm".Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Gövhər Baxşəliyeva bildirib.Millət vəkili qeyd edib ki, hər bir azərbaycanlı kimi mən də Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bir irəliləyiş gözləyirəm: "Amma Ermənistan prezidentinin hər hansı bir güzəştə gedəcəyinə, ənənəvi qeyri-konstruktiv siaysətdən çəkiləcəyinə inanmıram. Hətta, Sarkisyan istəsə belə Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə gedə bilməz. Çünki, Ermənistan başqaları tərəfindən idarə olunur, Sarkisyan isə sadəcə sifarişləri yerinə yetirir".
sia.az