PDF Oxu

Siyasət

  • 34

Sədaqət Vəliyeva: 2014-cü ilin büdcəsi dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır

Sədaqət Vəliyeva: 2014-cü ilin büdcəsi dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır

"2014-cü ilin büdcəsi ümumi mənada investisiya tutumludur, sosial yönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. Büdcə layihəsinin təhlili onu göstərir ki, 2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəriciləri və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir". Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, 2014-cü ilin iqtisadi ssenariləri ilə yanaşı, mövcud maliyyə resursları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir. Onun sözlərinə görə, ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəricilər də perspektiv uğurlardan xəbər verir.

"Növbəti ilin dövlət büdcəsi isə respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Çünki, büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir. Gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək" – deyə millət vəkili qeyd edib.

yap.org.az

Digər xəbərlər