PDF Oxu

Siyasət

  • 40

Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycanın dinamik inkişafından bəhs edilmişdir

Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycanın dinamik inkişafından bəhs edilmişdir

"Azərbaycanın hərtərəfli inkişafı məni valeh etdi və mən Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycanın dinamik inkişafından danışdım". Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, London Diplomatiya Akademiyasinin rektoru, Avropa və Aralıq dənizi ölkələri arasındakı münasibətlər mövzusunda bir neçə kitabın müəllifi, professor Jozef Mifsud AzərTAc-a müsahibəsində demişdir.

Humanitar Forumdan əvvəl də Azərbaycanı ziyarət etdiyini xatırlayan professor, müsbət istiqamətdəki böyük dəyişikliyə heyran qaldığını diqqətə çatdırmışdır. Azərbaycanın möhtəşəm infrastrukturu və insan resursları ilə daha çox diqqət cəlb etdiyini vurğulayan J.Mifsud demişdir: "İnsanların müxtəlif sahələrdəki peşəkarlığı, qonaqpərvərliyi və intellektuallığı xüsusilə ölkədə yeni olan bir insana xoş təsir bağışlayir. Naxçıvan, Gəncə və Qəbələdə tələbələr və rəsmilərlə söhbət etdim, insanların yüksək intellektual səviyyəsi Azərbaycanın bütün regionlarında hiss olunurdu".

Qafqazın digər ölkələrini də ziyarət etdiyini diqqətə çatdıran rektor, Azərbaycanın həqiqətən də üstün olduğunu, regionda "izləyici yox aprıcı" mövqedə durduğunu bildirmişdir.

Rektor demişdir ki, Prezident İlham Əliyevin ölkənin inkişafı üçün həyata keçirdiyi mqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq arenaya sürətli inteqrasiyasında özünü əks etdirir. 2015-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana olan böyük ehtimad və eyni zamanda yeni imkanların göstəricisidir.

J.Mifsud vurğulamışdır: "Forumun ilk günüdə Prezident İlham Əliyev Azərbaycanın multikulturalizm ölkəsi olduğunu bildirmişdir və mən bununla tam raziyam. Bu ölkədə müxtəlif dinlərdən, mədəniyyətlərdən insanlar birgə çalışır və yaşayır. Forum çərçivəsində ölkəni ziyarət edənlər bunun şahidi oldular".

Forumun yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdıran professor, dünya intellektual elitasını bir yerə toplamaq baxımından bu tədbir böyük əhəmiyyətə malikdir. Müzakirə mövzular beynəlxalq səviyyədə aktualdır.

Növbəti forumlarda öz sahəsində çıxış etmək arzusunu dilə gətirən J.Mifsud III Bakı Beynəlxalq Humanitar Forumunun onun üçün möhtəşəm təcrübə olduğunu və Azərbaycanın daha da inkişaf etməsi üçün yüksək potensiala malik olduğunu xüsusi vurğulamışdır.

yap.org.az

Digər xəbərlər