PDF Oxu

Siyasət

  • 35

“Xəzər sahillərində mirvari dənəsi”

“Xəzər sahillərində mirvari dənəsi”

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə özbək, rus və ingilis dillərində çap edilən "Uzbekistan today" beynəlxalq jurnalında Azərbaycan və Bakı haqqında rus və ingilis dillərində "Xəzər sahillərində mirvari dənəsi" adlı məqalə çap olunub.Materialda deyilir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı açılıb, və dövlət başçmız burada görülən işlərə yüksək qiymət verib. Məqalədə AMM-nin fəaliyyəti, Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin genişləndirilməsində bu mərkəzin rolu haqqında ətraflı məlumat verilir.Materialda Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri, son illərdə ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurlar haqqında ətraflı söhbət açılır. Jurnalda AMM-nin direktoru Samir Abbasovla müsahibə çap edilib, mərkəzin həyata keçirdiyi layihələr, tədbirlər, kurs və dərnəklər barədə geniş bəhs olunub.Jurnalda dərc edilən bu məqalə AMM-nin elan etdiyi Özbəkistanın kütləvi informasi vasitələrində Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsinin "Azərbaycan Mədəniyyəti" nominasiyası üzrə təqdim edilib.

sia.az

Digər xəbərlər