"Azərbaycanla Gürcüstan arasında mövcud olan yüksək səviyyəli iqtisati münasibətlər daha da inkişaf edəcək. Düşünürəm ki, Gürcüstanın yeni prezidentinin fəaliyyəti iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə öz müsbət təsirini göstərəcək".Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.Onun sözlərinə görə, bu gün regionda həyata keçirilən layihələrdə Gürcüstan da məkan baxımdan iştirak edir."Gürcüstan bizim strateji tərəfdaşımızdır. Bu qonşu dövlət bundan sonra da həm siyasi, həm iqtisadi münasibətlərini Azərbaycanla möhkəmləndirəcək. Azərbaycanın regionda güclü olması təbii, ki Gürcüstan üçün də əhəmiyyətlidir" - deyə Aydın Hüseynov əlavə edib.
sia.az