Rəsul Quliyev müxalifətə yönəlik növbəti ittihamlarla çıxış edib. SİA-nın məlumatına görə, ABŞ-dan ismarıc göndərən eks-spiker bildirib ki, müxalifət onu hakimiyyətə işləməkdə günahlandırarkən, əslində, öz səhvlərini pərdələməyə cəhd edir: "Dəridən qabıqdan çıxıb məni hökumətə yarınmaqda suçlamağa çalışırlar, diqqəti özlərinin buraxdıqları fəlakətli səhvlərdən uzaqlaşdırmaq istəyirlər".Rəsul Quliyevin sözlərinə görə Azərbaycanda müxalifət saman çöpündən asılı qalıb, hakimiyyət isə beynəlxalq aləmdə nüfuzunu daha da artırıb:"Bu adamlar ölkədə mübarizə keyfiyyətlərini krizis vəziyyətinə gətirib çıxardıqlarını ya anlamırlar, ya da onları saman çöpündən tutub batmamaq cəhdi daha çox maraqlandırır".Rəsul Quliyev onu da bildirib ki, nəinki Azərbaycanda, hətta xaricdə də heç kim Cəmil Həsənlinin seçkilərdə çox səs toplamasına inanmırdı. Səbəbini isə sabiq spiker belə izah edib: "Bu fikrin formalaşmasının səbəbkarı da həmin döşünə döyməkdən əl çəkə bilməyən 20 illik müxalifət liderləridir".
sia.az