PDF Oxu

Siyasət

  • 29

YAP Siyasi şurasının üzvü: “Azərbaycan 20 il bundan əvvəlki dövlət deyil”

YAP Siyasi şurasının üzvü: “Azərbaycan 20 il bundan əvvəlki dövlət deyil”

"1994-cü ilin aprel ayında Bişkekdə atəşkəslə bağlı protokol imzalandı. Həmin dövrdən sonra isə Ermənistan tərəfinə atəşkəs elan olunsa da, işğalçı ölkə tərəfindən müqavilənin şərtləri mütəmadi olaraq pozulub. Hazırda bu proses indinin özündə də davam edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 2014-cü ildə Ermənistan-Azərbaycan arasında imzalanmış "Bişkek sülh" sazişinin müddətinin bitməsindən sonra Azərbaycanın atacağı mövqeyə münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Azərbaycan bu məsələlərə çox səbrlə yanaşır: "Hətta dəfələrlə cənab Prezident İlham Əliyev də bəyan edib ki, bu səbrin də bir həddi-hüdudu vardır. Ümummiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməkdən ötrü müstəsna səlahiyyətləri var. Ölkəmiz istədiyi vaxt bundan istifadə edə bilər. Sadəcə olaraq bu məsələnin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma təəssüf ki, Minsk qrupunun fəaliyyətində də ciddi irəliləyişlər yoxdur. Buna baxmayaraq, 20 il ərzində Azərbaycan dəfələrlə qüdrətlənib, iqtisadi potensialı və siyasi nüfuzu artıb. Əgər 20 il bundan əvvəl Dağlıq Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətində müfəssəl məlumat yox idisə, indi DQ ilə bağlı bütün beynəlxalq qurumlardan Azərbaycan çox yüksək səviyyədə istifadə edib. Beləcə, ölkə həqiqətləri və ümummilikdə dövlətçilik maraqları baxımından bu məsələnin həlli istiqamətində xeyli uğurlu addımlar atıldı. Artıq Azərbaycan 20 il bundan əvvəlki dövlət deyil. Ölkəmiz hazırda regionda söz və nüfuz sahibidir. Biz ümid bəsləyirik ki, Madrid prinsiplərinə uyğun olaraq bu məsələnin həlli ilə bağlı müəyyən addımlar atılacaq. Hətta bunu Ermənistan ictimaiyyəti də başa düşür".

sia.az

Digər xəbərlər