"Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir". Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillərin müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan verib.
"Çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. İnformasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların məlumat, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və fikirlərin, arzulanan məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir"- G.Baxşəliyeva vurğulayıb.
yap.org.az