PDF Oxu

Siyasət

  • 14

Çingiz Qənizadə: Prezidentlərin gözlənilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş Ermənistandan asılıdır

Çingiz Qənizadə: Prezidentlərin gözlənilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş Ermənistandan asılıdır

"Prezidentlərin gözlənilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş Ermənistandan asılıdır". Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, Azərbaycanartıq müəyyən prinsipləri qəbul edib. Onun sözlərinə görə, buraya Madrid, eləcə də ATƏT-in Minsk qrupunun təklif etdiyi müəyyən prinsiplər aiddir.

"Təbii ki, həmin prinsiplərlə bizim milli maraqlar uyğunluq təşkil edir. Təəssüf ki, Ermənistan hər zaman müxtəlif bəhanələrlə sülh prosesini uzadır. Nə qədər ki, Ermənistan müstəqil dövlət deyil, o zamana kimi Dağlıq Qarabağ məsələsinin həllində müəyyən problemlər olacaq. Çünki Ermənistan özü müstəqil qərar verə bilmir. Bütün bunlara baxmayaraq, prezidentlərin görüşü vacibdir"- deyə, Ç.Qənizadə qeyd edib.

yap.org.az

Digər xəbərlər