PDF Oxu

Siyasət

  • 30

Valeh Ələsgərov: Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir

Valeh Ələsgərov: Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir

"Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir". Bu fikri Milli Məclisin sədr müavini Valeh Ələsgərov ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri ilə görüşündə deyib.

V.Ələsgərov bildirib ki, ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə uğurla inkişaf edir və Azərbaycanın Amerikanın müxtəlif ştatları ilə sıx münasibətləri var.

Vitse-spiker görüş zamanı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası, alternativ enerji mənbələri, qeyri-neft sektorunun inkişafı barədə ətraflı məlumat verərək, bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə regionda lider dövlət statusu qazanıb.

"Ölkəmizdə bir sıra sahələrdə, o cümlədən təhsil, mədəniyyət sahələrində dövlət proqramları həyata keçirilir. Hazırda 2000-dən çox gənc dövlət hesabına xarici ölkələrdə təhsil alır. Azərbaycan bir sıra xarici ölkələrdə də təhsil və mədəniyyət sahəsindəki layihələrə fəal dəstək verir. Azərbaycan real olaraq müstəqil ölkədir və heç bir ölkənin maliyyə dəstəyinə ehtiyacı yoxdur. Lakin Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsi bu inkişafa mane olur"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər