Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi seçkilərdə fəallıq göstərən gəncləri təltif edib. SİA-nın məlumatına görə, mükafatlandırma mərasimində ilk çıxış edən YAP GB-nin sədri Seymur Orucov seçkilərdə fəallıq göstərən gənclərə təşəkkürünü bildirib.O vurğulayıb ki, Azərbaycan gənci öz funksiyasını yaxşı bilir: "Sizlərlə işləmək çox xoş idi. Partiyanın tərkibində aktiv gənclər çoxdur. Ona görə də seçməkdə çətinlik çəkdik. Biz sizdən razıyıq və sizə güvənir, arxalanırıq. Unutmayın ki, ölkə başçısı İlham Əliyevin ideyaları hər zaman yaşamalıdır. Ona görə də sizinlə bu istiqamətdə maksimum fəaliyyət gösərməyə çalışırıq. Siz nə qədər güclü olsanız, biz də bir o qədər güclü olarıq. Bir daha hər birinizə təşəkkür edirəm. Hər zaman bizimlə olun və güvəncimizi sarsıtmayın".Mərasimin davamında çıxış edən YAP GB ofisinin rəhbəri Sərraf Balaxan gəncləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. O bildirib ki, təşəkkürnamə 2013-cü ildə birliyin keçirdiyi tədbirlərdə, seçki prosesində aktiv iştirak edən gənclərə şamil olunur.Onun sözlərinə görə, mükafat ictimai fəaliyyətini YAP GB-yə həsr edən gənclərə təqdim edilir: "YAP GB-nin tədbirlərində100-dən artıq gənc fəal iştirak edib. Belə ki, bu mükafata tələbələr, digər idarə və müəssisələrdə fəaliyyət göstərən gənclər layiq görülüblər".Tədbirin davamında 60-dan çox gəncə Təşəkkürnamə paylanıb.
sia.az