PDF Oxu

Siyasət

  • 40

Qaradağda YAP-ın 21 illik yubileyi qeyd olunur

Qaradağda YAP-ın 21 illik yubileyi qeyd olunur

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşəbbüsü ilə hakim partiyanın yaranmasının 21 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Vilayət Əliyev və digər qonaqlar iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin Qaradağ rayonu ərazisində yerləşən abidəsini ziyarət edərək, gül-çiçək dəstələri düzüblər.YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə, fırtınalara sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir: "Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalq üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Dahi şəxsiyyət düşünülmüş siyasəti ilə Azərbaycanı yenidən qurdu. Hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olub. Bu gün biz Azərbaycanı daha da inam və sürətlə inkişaf etdiririk".Diqqətə çatdrılıb ki, 21 ildir ki, ölkəmizin ictimai-siyasi həyatında, eləcə də beynəlxalq aləmdə mühüm irəliləyişlərə nail olunub. Daha sonra ADPU- nun professoru Vilayət Əliyev, millət vəkili Mixail Zabelin, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev çıxış edərək YAP-ın tarixi uğurları barəsində danışıblar. Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəal gəncinə hakim partiyanın sıralarında göstərdiyi fəal iştiraka görə, Fəxri fərman və hədiyyələrlə təltif olunublar.

sia.az

Digər xəbərlər