PDF Oxu

Siyasət

  • 34

Elçin Mirzəbəyli: Bişkek protokolu mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir

Elçin Mirzəbəyli: Bişkek protokolu mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir

"Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli sənəd olan Bişkek protokolu 1994-cü ildə imzalansa da öz qüvvəsini itirib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, 20 il Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün kifayət qədər zamandır. Amma bu kimi imzalanmış bir çox protokollar Qarabağ probleminin nizamlanması istiqamətində heç bir rol oynaya bilməyib: "Əgər bundan sonra Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etmək istəyərsə, sözügedən protokol heç bir maneə törətməyəcək. Çünki dövlətimiz ilk növbədə BMT-nin nizamnaməsinə istinadən öz torpaqlarını işğaldan azad etmək hüququna malikdir".Eyni zamanda, digər beynəlxalq təşkilatların qətnamələrinin də ölkəmizin bu addımı atmasına, sərhədlərini bərpa etməsinə hüquqi imkanlar yaratdığını bildirən politoloq qeyd edib ki, sözügedən protokol prinsipiallığını itirib: "Bu baxımdan Bişkek protokolunun imzalanmasından illərin ötməsi mahiyyət etibarı ilə heç bir prinsipial əhəmiyyət kəsb etmir".

sia.az

Digər xəbərlər