Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və rayon İcra Hakimiyyəti birgə Pirallahı qəsəbəsində partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş növbəti bayram tədbiri keçirib.SİA-nın məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Milli Məclisin deputatı Rauf Əliyev və digər qonaqlar iştirak ediblər.Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planına əsasən, son həftə ərzində Çilov, Neft Daşları qəsəbələrində bayram tədbirləri reallaşdırıb, yaşıllaşdırma kampaniyası təşkil edilib.Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirdi ki, YAP ən güclü partiyadır.Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycanın müasir tarixinin ən mühüm siyasi hadisələri sırasında Yeni Azərbaycan Partiyasının yaradılması önəmli yer tutur: "Bu 21 il ərzində ölkəmizin keçdiyi yol, əldə olunan nailiyyətlər, qələbələr, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi, bütövlükdə, Yeni Azərbaycan Partiyasının şərəfli tarixini ifadə edir. 21 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 21 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir. YAP hər zaman Azərbaycan xalqının yüksək səviyyədə etimad göstərdiyi bir siyasi qüvvə olduğunu sübut edib".Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirdi ki, YAP xalqın inamını qazanan partiyadır: "YAP xalqın böyük hissəsinin dəstəyini qazanan, onun inamını öz siyasətində ifadə edən bir partiyadır. Bu, hər partiyaya nəsib olan uğur deyil. Digər bir tərəfdən, partiyamızın bu gün 600 mindən çox üzvü var ki, bu da böyük bir göstəricidir. Bütün bunlara əsaslanaraq vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına sədaqətlə xidmət etməyə, onu xoşbəxt etməyə qadir bir partiyadır".Pirallahı rayon İcra Hakimiyyəti sədrinin müavini Vəzir Səfixanov çıxış edərək, partiyanın 21-ci ildönümü ilə bağlı rayonda tədbirlərin davam edəcəyini söyləyib.Daha sonra tədbir konsert proqramı ilə davam edib.
sia.az