"Sergey Lavrovun bu açıqlaması səmimi deyil. Əgər Rusiya bu addımı atmaq istəyirsə, qəti şəkildə öz möqeyini ortaya qoymalıdır ki, Ermənistan işğal etdiyi Azərbaycan rayonlarını boşaltsın".Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiya Dağlıq Qarabağ probleminin həllinə birbaşa dəstək verməyə hazırdır" bəyanatına münasibət bildirən millət vəkili Fazil Mustafa bu fikirləri SİA-ya açıqlamasında bildirib.Millət vəkili qeyd edib ki, Rusiyanın bu bəyanatı əgər səmimidirsə, o zaman Ermənistana təzyiq göstərsin: "Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Əgər Rusiya Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı Ermənistana təzyiq göstərsə, Ermənistan bunu etməyə məhkumdur. Rusiya Ermənistana belə bir təzyiq göstərməsə, deməli, verilən bəyanatlar səmimiyyətdən uzaqdır".
sia.az