"Belə fikirlər Rusiya tərəfindən dəfələrlə səsləndirilib. Amma Rusiya artıq başa düşməlidir ki, Dağlıq Qarabağ problemi həllini tapmalıdır. Çünki bu məsələ həm də region üçün təhlükəlidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asəf Hacıyev bildirib.Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun "Rusiya Dağlıq Qarabağ probleminin həllinə birbaşa dəstək verməyə hazırdır" bəyanatına münasibət bildirən millət vəkili A.Hacıyev deyib ki, bu məsələnin belə qalması, ona gətirib çıxarar ki, Azərbaycan öz torpaqlarını güclə geri qaytarsın: "Necə ki, Ermənistan Azərbaycan torpaqlarını güclə zəbt edib, eyni qaydada Azərbaycan da öz ərazi bütövlüyünü güc yolu ilə bərpa edə bilər. Ərazi bütövlüyünün bərpası dövlət qarşısında bir nömrəli məsələdir. Heç bir dövlət buna qarışa bilməz. Beynəlxalq təşkilatlar qarşısındakı heç bir öhdəlik bundan yüksəkdə dura bilməz. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ problemi uzanır, 1 milyon soydaşımız doğma torpaqlarından didərgin düşüb, 20 faiz torpaqlarımız işğal olunub. Hazırda işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən təxribatlar törədilir".
sia.az