PDF Oxu

Siyasət

  • 44

Aydın Hüseynov: Yeni Azərbaycan Partiyası özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib

Aydın Hüseynov: Yeni Azərbaycan Partiyası özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib

"Yeni Azərbaycan Partiyası zəngin yol keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi və bu böyük şəxsiyyətin ətrafında birləşən insanların fəal iştirakı ilə yaranıb". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, YAP yaranarkən öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Ümummilli lider Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında indiki Azərbaycanı - yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu.

"Bu gün isə müstəqil Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlara imza atır, dünya miqyasında qəbul olunan güclü dövlətə çevrilib"- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər