PDF Oxu

Siyasət

  • 42

Səməd Seyidov: Azərbaycan terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanındadır

Səməd Seyidov: Azərbaycan terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanındadır

Birləşmiş Ştatlar Azərbaycan üçün vacib ölkədir. Bu fikri Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və haqq səsini yüksək səviyyədə dəstəkləyən ölkələrdəndir. Onun sözlərinə görə, Azərbaycan da hər zaman, xüsusilə də terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanındadır".

"Azərbaycan çoxmillətli və tolerantlıq nümayiş etdirən bir ölkədir. Burada müxtəlif mədəniyyətlərin və millətlərin nümayəndələri mehriban yaşayırlar. Azərbaycan və ABŞ ayrı-ayrı qitələrdə yerləşsələr də, eyni dəyərləri bölüşürlər"- deyə, S.Seyidov vurğulayıb.

yap.org.az

Digər xəbərlər