PDF Oxu

Siyasət

  • 23

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır

ABŞ Dövlət Departamentinin növbəti bəyanatında qeyd olunub ki, Azərbaycan və Ermənistan prezidentləri görüş çərçivəsində hərtərəfli danışıqlar apararaq, müəyyən qərar qəbul edə bilərlər.Məsələ ilə bağlı SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov bildirdi ki, bu gün Avstriyada Azərbacan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru müsbət addımların atılması gözləniləndir: "Son iki ildə prezidentlərin birbaşa görüşü danışıqların hər iki tərəfi qane edəcək şəkildə olacağından xəbər verir".Politoloq həmçinin qeyd edib ki, bu gün Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad etmək gücünə, qüdrətinə malikdir: "Ancaq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bu da Azərbaycanın sülhsevər dövlət olduğunu bir daha sübut edir".

sia.az

Digər xəbərlər