PDF Oxu

Siyasət

  • 60

"Hakim partiya öz gücünü Heydər Əliyev ideyalarından alır"

"Hakim partiya öz gücünü Heydər Əliyev ideyalarından alır"

Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb

"Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 600 min nəfərdən çox üzvü olan partiyamız ötən 21 ildə çətin və şərəfli yol keçib. Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb". SİA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü millət vəkili Arif Rəhimzadə hakim partiyanın 21 illik tarixi dövründə qazanılan nailiyyətlərdən danışarkən deyib.Onun sözlərinə görə, müstəqilliyin ilk illərində partiyanın yaranması tarixi zərurətə çevrilmişdi: "Çünki ölkədə hərc-mərclik baş alıb gedirdi, dövlət strukturları iflic vəziyyətə gətirilmişdi. İnsanlar adi tələbatlarını ödəyə bilmirdilər, cəmiyyət çaşqınlıq içərisində idi. Klassiklərin bir sözü var: inqilab o zaman baş verir ki, aşağıdakılar köhnə qaydalarla yaşamaq istəmir, yuxarıdakılar da idarə edə bilmirlər. Bu baxımdan, 1992-1993-cü illərdə hakimiyyət vəziyyətdən neçə çıxmağın yolarını bilmirdi. Xalq isə çıxış yolunu Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə gəlməsində görürdü"."Həm parlamentdə bəzi deputatlar, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Heydər Əliyevin hakimiyətə gətirilməsi məsələsini qaldırırdılar. Bu səbəbdən Naxçıvana müraciətlər olunur, minlərlə insan böyük şəxsiyyəti ziyarət etməyə gedirdilər. Xahiş edirdilər ki, O, hakimiyyətə qayıtsın. İnsanlar Azərbaycanın ağır vəziyyətdən çıxış yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsindən asılı olduğunu başa düşürdülər. Elə vaxt gəlib çatdı ki, bu reallığı o zamankı hakimiyyət də anladı. Elə bir şəraitdə, 1992-ci ilin payızında Ulu öndər Heydər Əliyevlə mənim də görüşüm olub və Ulu öndər partiya yaratmaq və hakimiyyətə gəlmək fikrində olmadığını deyirdi. Ancaq Azərbaycan ağır vəziyyəti Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edirdi. Çünki xalq Onu istəyirdi. Nəhayət, "91-lər"in müraciətindən sonra Ulu öndər Heydər Əliyev bu partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi" - deyə, YAP İdarə Heyətinin üzvü fikirlərinə əlavə edib.O, həmçinin qeyd edib ki, Ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün partiya qısa müddətdə təşkilatlandı və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi: "Təsadüfi deyil ki, YAP yaranandan bir neçə ay sonra Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdı. Təbii ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi xalqın təkidli tələbi ilə baş verdi. YAP-ın təsis konfransı keçirildikdən sonra ölkədə partiya quruculuğu sürətlə getdi. Əslində, bütün respublikada insanlar buna hazır idi. Sadəcə, bu işləri həyata keçirmək üçün təşkilatçılıq lazım idi. Partiya işinin gücləndirilməsində növbəti mərhələ isə I qurultayda İcra Katibliyinin yaradılması oldu. O zamandan indiyə qədər İcra Katibliyi çox səmərəli fəaliyyət göstərməkdədir. Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 21 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar".

sia.az

Digər xəbərlər