PDF Oxu

Siyasət

  • 28

Zahid Oruc: Danışıqların baş tutması ATƏT-in Minsk qrupu üçün müsbət irəliləyiş kimi sayıla bilər

Zahid Oruc: Danışıqların baş tutması ATƏT-in Minsk qrupu üçün müsbət irəliləyiş kimi sayıla bilər

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentlərin görüşü ilə bağlı danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini söyləyib: "Mən son 72 saat ərzində prezident Əliyev və prezident Sarkisyanla danışmışam. Yaxın saatlarda onlar görüşəcəklər. Biz prosesin irəliləməsini istəyirik və bu məsələdə iştiraka davam edəcəyik". Milli Məclisin Təhlükəsizlik və müdafiə komutəsinin üzvü Zahid Oruc ABŞ dövlət katibi Conn Kerrinin verdiyi bəyanatla bağlı SİA-ya münasibət bildirərkən qeyd edib ki, iki illik fasilədən sonra tərəflərin növbəti dəfə danışıqlara qayıtması özü-özülüyündə onu sübut edir ki, müəyyən irəliləyişlərlə bağlı məyyən ehtimallar etmək mümkündür: "Bu baxımdan, danışıqların baş tutması ATƏT-in Minsk Qrupu üçün müsbət irəliləyiş kimi sayıla bilər".Onun sözlərinə görə, Ermənistan tərəfinin daha əvvəlki görüşlərdə irəli sürdüyü məsələləri bu dəfə səsləndirməməsi əslində Azərbaycan tərəfinin danışıqlar prosesində qarşısına qoyduğu məsələlərdən biridir: "Heç nə razılaşdırılmayıb" prinsipi ilə konflikt həll olunmaz. Bəzən fundamental məsələlərdə güzəşt tapılır".

sia.az

Digər xəbərlər