PDF Oxu

Siyasət

  • 34

Mübariz Qurbanlı: “Ümidvaram ki, danışıqlar öz nəticələrini verəcək”

Mübariz Qurbanlı: “Ümidvaram ki, danışıqlar öz nəticələrini verəcək”

"Ümidvaram ki, bu danışıqlar növbəti mərhələdə öz nəticələrini verəcək". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan bu danışıqlara yalnız danışıqlar xətrinə getməyib.Onun sözlərinə görə, Azərbaycan real nəticə əldə etmək üçün danışıqlarda iştirak edir: "Azərbaycanın mövqeyi hamıya bəllidir. Prezident İlham Əliyev bu görüşdə də Azərbaycanın mövqeyini qəti şəkildə bildirəcək. Bizim mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, erməni qoşunları işğal etdikləri ərazidən çıxarılsın. Prezidentimiz də məhz bu istiqamətdə uğurlu xarici siyasətini davam etdirir. Ona görə də ümidvaram ki, bu danışıqlar növbəti mərhələdə öz nəticələrini verəcək".

sia.az

Digər xəbərlər