PDF Oxu

Siyasət

  • 37

Qənirə Paşayeva türk dünyasına göstərdiyi xidmətlərinə görə təltif edilib

Qənirə Paşayeva türk dünyasına göstərdiyi xidmətlərinə görə təltif edilib

Millət vəkili Qənirə Paşayeva Bolu Ticarət və Sənayə odasında Ermənistanın işğalçılıq siyasətindən danışıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevaya Ticarət və Sənaye Palatası tərəfindən "Türk dünyasına göstərdiyi xidmətlərinə görə" mükafat, diplom və təşəkkürnamə təqdim edilib.Millət vəkili Qənirə Paşayeva Bolu Ticarət və Sənayə odasında çıxışı zamanı Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Bir millət iki dövlət" olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu və bu əlaqələrin və əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini bildirib.Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda millətimizin izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən Qənirə Paşayeva Dağlıq Qarabağ probleminin və qondarma erməni soyqırımına qarşı mübarizənin bütün Türk dünyasının ortaq məsələsi olduğunu deyib.Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır."Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir", - deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib.Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edən Bolu Ticarət və Sənaye Palatası başçısı Türker Atəş iki qardaş ölkənin bölgələri arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin önəmini vurğulayıb və bildirib ki, Bolunun da Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması çox vacibdir.Sonda millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Ticarət və Sənaye Palatasının başçısı Türkür Ateş tərəfindən "Türk dünyasında göstərdiyi xidmətlərinə görə" mükafat, diplom və təşəkkürnamə təqdim edilib.Millət vəkili Qənirə Paşayeva da öz növbəsində Ticarət və Sənaye Palatasının rəhbərinə Azərbaycan tarixi və mədəniyyətini, Dağlıq Qarabağ həqiqətlərini əks etdirən materiallar və müəllifi olduğu kitabları təqdim edib.

sia,az

Digər xəbərlər