PDF Oxu

Siyasət

  • 35

Belçikalı deputat: "BMT qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir"

Belçikalı deputat: "BMT qətnamələrinin Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir"

SİA-nın məlumatına görə, Belçika Parlamentinin üzvü Alan Kurtua Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan cəmiyyətinin tolerantlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cabablandırarkən aşağıdakıları bəyan edib: "Azərbaycan Belçikada çoz az tanınan ölkələrdən biridir. Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyə malik olmasına baxmayaraq, bu ölkə çox zaman "uzaq bir məmləkət" kimi nəzərdən keçirilir. Dini və etnik tolerantlıq üzərində qurulmuş Azərbaycan cəmiyyəti belçikalılar üçün örnək ola bilər.İyirmi ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi, coğrafi və mədəni potensialından tam bəhrələnməyə əngəl törədir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin hələ də Ermənistan tərəfindən həyata keçirilməməsi qəbuledilməzdir. Fikrimcə, istənilən konstruktiv danışıqlar beynəlxalq hüquq və prinsiplər əsasında aparılmalıdır. Ermənistan bu beynəlxalq çərçivə ilə razılaşmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Məhz bundan sonra balanslı danışıqlar bütün Cənubi Qafqaz regionu üçün səmərəli həll yoluna çıxaracaqdır.Azərbaycanın qaçqın və məcburi köçkün problemi sözsüz ki faciədir. Mən beynəlxalq ictimaiyyəti bu unudulmuş problemə daha çox diqqət ayırmağa çağırıram. Beynəlxalq ictimaiyyətin Suriyadakı insan faciəsinə bu qədər diqqət yetirdiyi halda, Cənubi Qafqazdakı daha köhnə olan qaçqın və məcburi köçkün problemi diqqətdən kənarda qalıb. Bu, Azərbaycana sosial-iqtisadi cəhətdən inkişaf etməsinə və təminatlı gələcəyini qurmasına əngəl törədir."

sia.az

Digər xəbərlər