PDF Oxu

Siyasət

  • 22

Cümşüd Nuriyev: “Ermənistan qəbul etməlidir ki, artıq çıxılmaz vəziyyətdədir”

Cümşüd Nuriyev: “Ermənistan qəbul etməlidir ki, artıq çıxılmaz vəziyyətdədir”

"Azərbaycanla Ermənistan prezidentlərinin Vyanada görüşü bilavasitə ATƏT-in həmsədrlərinin təkidi ilə həyata keçirilib. Ermənistan Rusiyanın təsiri altında olduğundan Rusiyanın maraqlarına uyğun qərar çıxaracağını gözləyirəm". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq görüşə çox mühüm siyasi dividentlərlə gedib: "Ermənistan ATƏT-in Madrid prinsiplərinin müəyyən şərtlərini qəbul edəcəyi gözlənilir. Amma çox güman ki, Sarkisyan forpostb bir dövlətin başçısı olduğuna görə ona verilən tapşırığı icra edəcək. Ermənistan qəbul etməlidir ki, artıq çıxılmaz vəziyyətdədir. Çünki, bütün Cənubi Qafqaz layihələrindən kənarda qalır və dövlət kimi məhv olur. Ona görə də, işğalçı dövlət Dağlıq Qarabağdan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidir. Ermənistan sonuncu şansını itirməsə yaxşı olar".Politoloq onu da qeyd etdi ki, noyabrın sonunda Vilnüsdə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə də Azərbaycan kifayət qədər uğurlu siyasətlə gedir.

sia.az

Digər xəbərlər