Noyabrın 30-dan dekabrın 1-dək Lüksemburqda ənənəvi Beynəlxalq Lüksemburq Bazarı təşkil olunacaqdır. Bu tədbirdə hər il 50-dən çox ölkə öz mədəniyyətini, mətbəxini və bir sıra məhsullarını nümayiş etdirir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirmişlər ki, Lüksemburq-Azərbaycan Ticarət Palatası ölkəmizin iş adamlarını tədbirdə iştiraka dəvət edir. Sahibkarlar Ənənəvi Beynəlxalq Lüksemburq Bazarında iştirak edərək öz məhsullarını Avropa alıcılarına təqdim edə bilərlər.
yap.org.az