PDF Oxu

Siyasət

  • 21

Politoloq: “Ermənistanda vəziyyət artıq son həddə çatıb"

Politoloq: “Ermənistanda vəziyyət artıq son həddə çatıb"

"İşğalçı ölkənin Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdən başqa yolu qalmır"

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında dünən Vyanada keçirilən görüşlərinin tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcəyini bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üçün müsbət stimul təmin edəcəyini də qeyd edib."Ermənistanda sosial vəziyyət artıq son həddə çatıb və onun Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdən başqa yolu qalmır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov Kojaranın bəyanatına münasibətini açıqlayarkən bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllinə dair keçilən görüşlə bağlı L.Kojara ATƏT-in rəsmi nümayəndəsi kimi öz obyektiv fikirlərini ortalığa qoyub: "Bu da özü-özlüyündə Ermənistanın yenə də küncə sıxılmış vəziyyətinin göstəricisidir".

sia.az

Digər xəbərlər