20 noyabr 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Tovuz rayon İcra Hakimiyyəti və YAP Tovuz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirib. Təşkilatdan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açıb. Sonra rayon təşkilatının sədri Məzahir Bayramov partiyanın yaranması və fəaliyyəti ilə bağlı məruzə edib. Tədbirdə YAP fəalları Validə Hüseynova, Səhib Ələsgərov, Aybəniz Dəmirova, Arifə Ağayeva çıxış ediblər.Tədbirdən əvvəl YAP Tovuz rayon təşkilatının rəhbər orqanlarına seçilmiş şəxslər Ulu Öndərimiz Heydər Əliyevin Abidəsini ziyarət ediblər.
sia.az