PDF Oxu

Siyasət

  • 31

Jalə Əliyeva: “YAP Ulu Öndər Heydər Əliyevin bizə ən böyük mirasıdır”

Jalə Əliyeva: “YAP Ulu Öndər Heydər Əliyevin bizə ən böyük mirasıdır”

"Ulu Öndər Heydər Əliyevin bizə ən böyük mirası olan Yeni Azərbaycan Partiyası (YAP) 21 illik tarixində 210 illik yol qət edib". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva deyib.Millət vəkili bildirib ki, YAP Ulu Öndər Heydər Əliyevin banisi olduğu partiya Azərbaycanın ən keşməkeşli dövründə yaranıb: "Partiyamızın 600 mindən çox üzvü var. Azərbaycanda olan siyasi partiyalarının hər birinin üzvlərinin birlikdə məcmusu 600 minə çatmadığına görə deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin əksər hissəsi YAP-ın yeritdiyi siyasi xətti dəstəkləyir".J.Əliyevanın sözlərinə görə, YAP fəaliyyət göstərdiyi 21 ildə Azərbaycan dövlətçiliyinə və xalqa şərəflə xidmət edib: "Ötən 21 il ərzində YAP böyük bir inkişaf yolu keçib. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır".Millət vəkili deyib ki, YAP siyasi arenaya çıxdığı vaxtdan Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanıb: "Bu amil bir daha sübut edir ki, Azərbaycan cəmiyyətində YAP-ın yeritdiyi siyasi xətt birmənalı şəkildə dəstəklənir. Partiyamızın 9 oktyabr prezident seçkilərində parlaq qələbəsi bunu bir daha təsdiqləyir".J.Əliyeva YAP-ın 21 illik yubileyi münasibətilə bütün partiyadaşlarını təbrik edib. Onları hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının maraqlarını qorumağa çağırıb.

sia.az

Digər xəbərlər